Bank Of Baku

Zərdab rayonunda ev yanıb

Zərdab rayonunda ev yanıb
# 22 noyabr 2008 09:54 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Bu gün Zərdab rayonunda yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab şəhərinin Zərdabi küçəsində yaşayan rayon Müharibə Veteranları Şurasının sədri, 86 yaşlı Cəlal Bilalova məxsus 2 mərtəbəli ev yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib. Yanğın söndürülüb. Məlumata görə, yanğın zamanı evdə tək olan Cəlal Bilalov yüngül xəsarətlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yanğının qaz artımından baş verdiyi ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR