Bank Of Baku

ANAMA Əfqanıstana minatəmizləmə sahəsində göstəriləcək yardım proqramının layihəsini hökumətə təqdim edib

ANAMA Əfqanıstana minatəmizləmə sahəsində göstəriləcək yardım proqramının layihəsini hökumətə təqdim edib
# 22 noyabr 2008 10:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Əfqanıstana minatəmizləmə sahəsində göstəriləcək yardım proqramının layihəsini hökumətə təqdim edib. Bu barədə APA-ya açıqlamasında ANAMA-nın baş direktoru Nazim İsmayılov məlumat verib. N. İsmayılovun sözlərinə görə, bu ilin avqust ayında Əfqanıstan hökumətinin müraciətindən sonra ANAMA bu ölkənin Minatəmizləmə Departamentinə köməklik göstərməyə razılıq verib. Hazırda Azərbaycan və Əfqanıstan hökumətləri arasında müzakirə olunan proqram təsdiqlənərsə, ANAMA Əfqanıstan Minatəmizləmə Departamentinin istehkamçılarına treninqlər keçəcək, həmçinin onlara müxtəlif formalarda yardımlar göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR