Bank Of Baku

Bakıdakı gecə barlarında əməliyyat keçirilib

Bakıdakı gecə barlarında əməliyyat keçirilib
# 22 noyabr 2008 10:32 (UTC +04:00)
BŞBPİ-dən APA-ya verilən məlumata görə, Bakının Nəsimi rayonu Moskva prospekti 30-da yerləşən “Tunel”, Mərdanov qardaşları 15 ünvanında yerləşən “İnfiniti”, 28 May küçəsində olan “Uliqator”, “Mars”, Bülbül prospekti 32-də fəaliyyət göstərən “Qladiator”, Xətai rayonunun Saray küçəsində yerləşən “Karabella”, Nizami rayonu Qara Qarayev prospekti 53 ünvanında yerləşən “Plaza”, Səbayel rayonu Bülbül prospekti 14-də yerləşən “B-52”, Xəqani küçəsi 31 ünvanında yerləşən “Life” gecə barlarında əməliyyat keçirilib.

Əməliyyat zamanı 53 nəfər əxlaqsızlıqla məşğul olmaqda təqsirləndirilən qadın polis tərəfindən saxlanılıb. Saxlanılan qadınlardan 6-sı xarici ölkə (1 Dağıstan, 1 Özbəkistan, 1 Moldova, 3 Gürcüstan) vətəndaşıdır. BŞBPİ-dən bildirilib ki, bu, həmin ad altında keçirilən 3-cü əməliyyat tədbiridir. Birinci reyd zamanı 28, ikincidə isə 32 əxlaqsız qadın aşkar edilib. Araşdırma nəticəsində ilk reyd zamanı saxlanılan 28 qadından 5-də QİÇS xəstəliyi aşkar edilib. Hər üç reyddə saxlanılanlardan 5-i azyaşlı qızlar olub.

Məlumata görə, bu tədbirlər davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR