Bank Of Baku

Qazməmməd-Qazax magistral qaz kəmərində qəza baş verib-YENİLƏNİB

Qazməmməd-Qazax magistral qaz kəmərində qəza baş verib-<font color=red>YENİLƏNİB</font>
# 23 noyabr 2008 08:09 (UTC +04:00)
Gəncə Qaz İstismar İdarəsinin qəza dispetçerinin rəisi Şubay Nəsibov APA-nın qərb bürosuna bildirib ki, qəza vəziyyətində olan diametri 700 millimetrlik magistral kəmər Gəncə şəhəri, Samux və Göygöl rayonlarını mavi yanacaqla təmin edir. Bu gün saat 09.30 radələrindən etibarən həmin şəhər və rayonlara qaz verilişi müvəqqəti olaraq dayandırılıb: “İdarənin işçiləri bu gün səhər saatlarında qaz sızması olan ərazidə təbii qazın verilişini dayandırıb. Gəncə şəhər Qaz İstismarı İdarəsinin işçiləri dərhal ərazidə təmir işlərinə başlayıblar. Qəza baş verən ərazi yaşayış yerindən uzaq olduğu üçün heç bir təhlükəsi yoxdur".

Qeyd edək ki, Gəncə , Samux və Göygöl rayonlarına təxminən bu gün saat 19.00-dək qaz verilişinin bərpa edilməsi planlaşdırılır.

APA-nın qərb bürosunun xəbərinə görə, bu gün saat 12.00 radələrində ehtiyat boru xəttindən Gəncə şəhərinə, Samux və Göygöl rayonlarının isə bir hissəsinə qaz nəqli bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR