Bank Of Baku

Sumqayıtda oğurluqda təqsirləndirilən şəxslər tutulub

Sumqayıtda oğurluqda təqsirləndirilən şəxslər tutulub
# 26 noyabr 2008 15:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sumqayıt şəhərində oğurluqla məşğul olan şəxslər tutulub. Sumqayıt şəhər Polis İdarəsindən (ŞPİ) APA-ya verilən məlumata görə, şəhər sakini, Rəhman Şəmiyev idarəyə ərizə ilə müraciət edərək ona məxsus “Gündüz” mağazasından məişət əşyalarının oğurlanması barədə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən, Sumqayıt şəhər sakinləri, 1969-cu il təvəllüdlü Aydın Quliyev və 1971-ci il təvəllüdlü Fərəməz Ağamirzəyev saxlanılıblar. Faktla bağlı Sumqayıt ŞPİ-nin intintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR