Bank Of Baku

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada həbs edilib

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada həbs edilib
# 27 noyabr 2008 07:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Altı il beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynanın Kiyev şəhərində həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, 1959-cu il təvəllüdlü Zahid Şıxəli oğlu Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə 2002-ci ildən beynəlxalq axtarışa verilib. BŞBPİ-nin və Sabunçu rayon Polis İdarəsinin İnterpolun xətti ilə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Z. Əhmədov Ukraynanın Kiyev şəhərində həbs edilib. Hazırda onun Azərbaycana ekstradisiya olunması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR