Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda oğul anasını xüsusi amansızlıqla qətlə yetirib

Azərbaycanın Lənkəran rayonunda oğul anasını xüsusi amansızlıqla qətlə yetirib
# 27 noyabr 2008 07:54 (UTC +04:00)
Lənkəran rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, noyabrın 26-da saat 23.50 radələrində rayonun Darquba kənd sakini, 1976-cı il təvəllüdlü Səməd Kəlbi oğlu Cəbiyev ailə münaqişəsi zəminində anası, 1936-cı il təvəllüdlü Şahnisə Rəcəb qızı Cəbiyevanı bədəninin müxtəlif nahiyələrinə küt alətlərlə zərbələr vurmaqla qətlə yetirərək, hadisə yerindən qaçıb. S. Cəbiyevin saxlanılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış tədbirləri görürlər.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR