Bank Of Baku

Cavad Şıxəliyev: “Gecə barlarında əməliyyatlar zamanı saxlanılan qadınlarda bəzi xəstəliklər aşkarlanıb”

Cavad Şıxəliyev: “Gecə barlarında əməliyyatlar zamanı saxlanılan qadınlarda bəzi xəstəliklər aşkarlanıb”
# 27 noyabr 2008 09:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gecə barlarında aparılan əməliyyatlar əxlaqsızlıqla bağlı cinayətlərin kökü kəsilənə qədər davam edəcək. APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev bildirib. İdarə rəisi deyib ki, əxlaqsızlıq faktları aşkarlanan barların bağlanması ilə bağlı hər hansı addım atılmayacaq: “Çünki bu, cinayət yox, inzibati məsuliyyət doğurur. Sahibkarların fəaliyyətinə müdaxilə etmək, bir sahə ilə mübarizə aparanda digər sahənin hüquqlarını pozmaq olmaz”.

C. Şıxəliyev gecə barlarında aparılan əməliyyatlar zamanı orada saxlanılan qadınlarda bir sıra xəstəliklərin aşkarlandığını, bununla bağlı müvafiq təşkilatlara müraciət olunacağını bildirib.

O, Azərbaycanda insan alveri qurbanları üçün sığınacaq mərkəzlərinin inşa olunduğunu və onların artıq fəaliyyət göstərdiyini qeyd edib. İdarə rəisi insan alveri qurbanlarının həmin sığınacaqlarda 1 ay müddətində qaldıqlarını, bu müddət ərzində onların yeməklə, tibbi-psixoloji yardımla təmin olunduqlarını, dövlət tərəfindən müavinət aldıqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR