Bank Of Baku

Bir neçə gün əvvəl Sumqayıt sakinini qətlə yetirərək torpağa basdıran şəxslər həbs edilib

Bir neçə gün əvvəl Sumqayıt sakinini qətlə yetirərək torpağa basdıran şəxslər həbs edilib
# 27 noyabr 2008 11:32 (UTC +04:00)
Bakı-APA. Noyabrın 23-də Abşeron rayonu Saray qəsəbəsi ərazisində Habil Novruzovun əlləri yapışqanlı kağızla bağlanmış, burnunun və qabırğalarının sümükləri sınmış vəziyyətdə olan meyiti tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktla əlaqədar noyabrın 26-da Sumqayıt şəhər sakinləri Kamil Fərəcov və onun qaynı Nicat Paşayev şübhəli şəxs qismində saxlanılaraq Abşeron Polis Şöbəsinə gətiriliblər. İlkin dindirmə zamanı onlar H. Novruzova qarşı törətdikləri qətl hadisəsini etiraf ediblər.
Qeyd edək ki, Abşeron rayonunda baş verən dəhşətli qətl hadisəsi barədə bir neçə gün əvvəl APA məlumat yaymışdı. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatda Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Habil Müslüm oğlu Novruzov idarə etdiyi “Mercedes” markalı, 50 BB 018 dövlət nömrə nişanlı avtomobili ilə itkin düşməsi barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat daxil olduğu bildirilmişdi. Onun itkin düşməsindən 16 gün sonra H. Novruzova məxsus “Merdeces” yanmış halda Abşeron rayonunun Saray bağları adlanan ərazidə aşkar edilib. Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində H. Novruzovun meyiti həmin ərazidə torpağa basdırılmış vəziyyətdə tapılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR