Bank Of Baku

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 27 noyabr 2008 11:37 (UTC +04:00)
Bakı-APA. Bu gün saat 01.30 radələrində Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Q. Qarayev prospektində Bakı şəhər sakini Röyal Əliyev "Mercedes" markalı avtomaşını idarə edərkən Qaraçuxur qəsəbə sakini İlkin Həsənovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ. Həsənov orada dünyasını dəyişib. Nizami rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR