Bank Of Baku

İlhamə Quliyevanın oğlunun və digər 13 şəxsin işi üzrə keçirilən məhkəmə prosesində Mahir Mirsalamovun səhhəti pisləşib

İlhamə Quliyevanın oğlunun və digər 13 şəxsin işi üzrə keçirilən məhkəmə prosesində Mahir Mirsalamovun səhhəti pisləşib
# 27 noyabr 2008 12:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu və digər 13 şəxsin işi üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən biri Mahir Mirsalamovun səhhəti pisləşib. APA-nın xəbərinə görə, günün ikinci yarısında keçirilən məhkəmə prosesində M. Mirsalamovun qan təzyiqi qalxıb. Məhkəmə zalına təcili tibbi yardım çağrılıb. Məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyevaının oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamov, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə bu gün günün birinci yarısında keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər ifadə verib.
Qeyd edək ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR