Bank Of Baku

Samuxda aşkarlanan aviabombaların sayı 200-ə çatıb

Samuxda aşkarlanan aviabombaların sayı 200-ə çatıb
# 27 noyabr 2008 13:11 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı –APA. Samux rayonunun Qırmızı Samux kəndində aşkarlanan aviabombaların sayı 200-ə çatıb. Samux rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev APA-nın qərb bürosuna bildirib ki, tapılan bombaların əksəriyyəti 1958-ci ildə istehsal olunub. Onun sözlərinə görə, mərmilərin uzunluğu 1-2 metr arasındadır. Aviabombalar keçmiş SSRİ dövründə hərbi təlim meydançası kimi istifadə
olunan təxminən 250 hektar ərazini çirkləndirib. Tapılan bombaların əksəriyyəti təlim üçün nəzərdə tutulsa da, onların içərisində döyüş üçün yararlı hərbi sursatlar, BMP və top mərmiləri də var.
Hazırda Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qırmızı Samux kəndində araşdırmalar aparır. ANAMA-dan verilən məlumata görə, mərmilər yaxın günlərdə Ağstafa rayonundakı Saloğlu hərbi bazasında zərərsizləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR