Bank Of Baku

“Akkord”a məxsus “KamAZ”la “Mersedes”in toqquşması nəticəsində 1 nəfər ölüb

“Akkord”a məxsus “KamAZ”la “Mersedes”in toqquşması nəticəsində 1 nəfər ölüb
# 27 noyabr 2008 14:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sumqayıt şəhərində “Akkord” Şirkətlər Qrupuna məxsus “KamAz” markalı yük maşını ilə “Mercedes” toqquşub. Sumqayıt şəhər Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 127-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində baş verib. 1955-ci il təvəllüdlü Səlimxan Bayramovun idarə etdiyi, “Akkord” Şirkətlər Qrupuna məxsus, “KamAz” markalı, 90 RD 805 dövlət nömrə nişanlı yük maşını əks istiqamətdə hərəkət edən, Laçın sakini, Orduxan Novruzovun idarə etdiyi “Mercedes” markalı, 10 VT 041 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü O. Novruzov aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR