Bank Of Baku

Şirvan sakininin meyiti tapılıb

Şirvan sakininin meyiti tapılıb
# 27 noyabr 2008 14:37 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində kişi meyiti tapılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən bildirilib. Məlumata görə, noyabrın 26-da axşam saatlarında Şirvan sakini M. Ə. Rəsulzadə küçəsi 13, mənzil 35-də yaşayan 1956-cı il təvəllüdlü, əvvəllər iki dəfə məhkum olunmuş İsmayılov Ayət Ədalət oğlunun meyiti M. Əsədov küçəsinin dalanında aşkar edilib. Mərhumun əvvəllər narkotik vasitələrə aludə olduğu, son zamanlar səfil həyat tərzi keçirdiyi bildirilib. Faktla bağlı Şirvan şəhər Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR