Bank Of Baku

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Mədəni Mərkəzlərinin 1-ci qurultayı başlayıb

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Mədəni Mərkəzlərinin 1-ci qurultayı başlayıb
# 27 noyabr 2008 15:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Astanada Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Mədəni Mərkəzlərinin 1-ci qurultayı başlayıb. APA-nın “Kazinform”a istinadən məlumatına görə, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının prezidenti Vidadi Salahov bildirib ki, Qazaxıstanda təxmini hesablamalara görə 250-300 min azərbaycanlı yaşayır Onun sözlərinə görə, bu ölkədə fəaliyyət göstərən diasporalar arasında Azərbaycan diasporası 6-cı yerdədir. Azərbaycanlılar əsasən Cənubi-Qazaxıstan, Almatı, Jambılsk, Maqıstau vilayətlərində və Qaraqandada yaşayırlar: “Biz Qazaxıstan torpağı və xalqına bizə sığınacaq verdiklərinə görə minnətdarıq”.
Qurultayda Mədəni Mərkəzlərin hesabatları dinlənir, diasporanın ölkənin ictimai-siyasi həyatında iştirakı və digər aktual məsələlər müzakirə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR