Bank Of Baku

Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib

Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib
# 28 noyabr 2008 07:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Ötən gecə Bakı şəhərində iki piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Q. Qarayev prospektində 1984-cü il təvəllüdlü Sahib Səfər oğlu Məmmədov idarə etdiyi “Mercedes” markalı, 10-XM-643 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1984-cü il təvəllüdlü Sidorina Lyudmila Vasilyevnanı vurub. Qəza nəticəsində o hadisə yerində dünyasını dəyişib. Z. Bünyadov prospektində isə Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Vəliyev Ehtiram İltizam oğlu idarə etdiyi “VAZ-2107” markalı, 10-SE-647 dövlət nömrə nişanlı maşını ilə piyada 1963-cü il təvəllüdlü Abbasova Gülpəri Bəhram qızını vurub, o hadisə yerindəcə keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR