Bank Of Baku

Azərbaycanın tanınmış diktoru Rafiq Hüseynov xəstəxanaya yerləşdirilib - FOTO

Azərbaycanın tanınmış diktoru Rafiq Hüseynov xəstəxanaya yerləşdirilib - <font color=red>FOTO</font>
# 28 noyabr 2008 08:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın tanınmış teleaparıcı, əməkdar incəsənət xadimi Rafiq Hüseynovun səhhətində problemlər yaranıb. Tanınmış diktor bel fəqərələrinin osteoxondrozu kökcük ağrı sindromu (protruziya) diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. R. Hüseynov APA-ya iki həftəyə yaxındır, xəstəxanada müalicə aldığını deyib: “Gəzməyə çətinlik çəkirəm. Onurğa sütunumda problemlər var. Artıq müalicə olunuram, səhhətimin yavaş-yavaş normallaşdığını hiss edirəm. Həkimlər hələ bir həftə də burada qalmağın vacib olduğunu deyirlər”.

R. Hüseynov onu da deyib ki, xəstəxanada qaldığı müddətdə dostları ona baş çəkirlər.

Mərkəzi Neftçilər Xəstəxanasının nevrologiya şöbəsinin və R. Hüseynovun həkimi Laləxanım Hüseynova isə APA-ya açıqlamasında xəstənin vəziyyətinin yaxşılığa doğru getdiyini bildirib. L. Hüseynova R. Hüseynovun müntəzəm müalicə aldığını qeyd edib: “Xəstənin nə vaxt evə buraxılacağı ilə bağlı bir şey deyə bilmərik. Hər şey xəstənin orqanizminin aparılan müalicəyə necə reaksiya verməsindən asılıdır. Bu diaqnozla gələn xəstələr gəzməyə çətinlik çəkirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR