Bank Of Baku

Bakıda axtarışda olan 2 şəxs tutulub

Bakıda axtarışda olan 2 şəxs tutulub
# 28 noyabr 2008 08:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində axtarışda olan iki nəfər həbs edilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 40-cı Polis Bölməsinin əməkdaşları ötən aydan barəsində Cinayət Məcəlləsinin (CM) 132-ci (döymə) maddəsi ilə axtarış elan olunmuş, Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Səbinə Sevindik qızı Əzimovanı saxlayıblar.
Bundan başqa, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə uzun müddət axtarışda olan 1974-cü il təvəllüdlü Zaur Balağa oğlu Baxşıyev də həbs edilib. Hər iki fakt üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR