Bank Of Baku

Azərbaycan paytaxtında ağacdan asılı vəziyyətdə naməlum kişi meyiti tapılıb

Azərbaycan paytaxtında ağacdan asılı vəziyyətdə naməlum kişi meyiti tapılıb
# 28 noyabr 2008 09:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında naməlum kişi meyiti tapılıb. Nizami Rayon Prokurorluğundan (RP) APA-ya verilən məlumata görə, hadisə noyabrın 27-dən 28-nə keçən gecə rayonun Naxçıvanski, 102 ünvanında, zeytun bağları adlanan ərazidə qeydə alınıb. 35-40 yaşlarında naməlum kişi meyiti ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə gələn rayon prokurorluğunun əməkdaşları meyitə ilkin baxış keçirib, cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Meyit müayinə üçün ekspertizaya göndərilib. Hazırda istintaq qrupu meyitin şəxsiyyətinin müəyyən edilməsi və hadisənin hansı şəraitdə baş verməsinin səbəblərini araşdırır.

Faktla bağlı Nizami RP-də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR