Bank Of Baku

Azərbaycan paytaxtında bomba həyəcanı yaşanıb

Azərbaycan paytaxtında bomba həyəcanı yaşanıb
# 28 noyabr 2008 10:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında bomba həyəcanı yaşanıb. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Nəsrəddin Tusi, 12 ünvanında qeydə alınıb. Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə zəng edən naməlum şəxs adıçəkilən ərazidəki zibil qutusunun içərisinə bomba qoyulması barədə məlumat verib. Hadisə ilə əlaqədar dərhal əməliyyat qrupu yaradılıb. Hadisə yerinə gələn polis əməkdaşları zibil qutusunun içərisində bomba əvəzinə dəniz fənəri aşkar ediblər.

Hazırda faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR