Bank Of Baku

10-cu mərtəbədən başına ağır taxta parçası düşən briqadir ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

10-cu mərtəbədən başına ağır taxta parçası düşən briqadir ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
# 28 noyabr 2008 11:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Azərkörpü” inşaat şirkətinin briqadirinin başına ağır taxta parçası düşüb. Mərkəzi Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün Yasamal rayonu ərazisində yeni çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı baş verib. Ərazidə iş aparan briqadir, 1950-ci il təvəllüdlü Arif Hüseynovun başına 10-cu mərtəbədən ağır taxta parçası düşüb. Zərərçəkən ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini olduqca ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR