Bank Of Baku

Lökbatandakı 19 saylı xəstəxanada baş vermiş partlayışla əlaqədar bir nəfər həbs edilib

Lökbatandakı 19 saylı xəstəxanada baş vermiş partlayışla əlaqədar bir nəfər həbs edilib
# 28 noyabr 2008 12:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Noyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada baş vermiş partlayışla əlaqədar bir nəfər həbs edilib. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən rayon sakini, 1969-cu il təvəllüdlü Sabir Ənvər oğlu Hüseynov saxlanılıb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı əl qumbarasını xəstəxananın cərrahı R. Mütəllimovun cibinə qoyduğunu və partlayışa hazır vəziyyətə gətirdiyini etiraf edib. İlkin ehtimala görə, təqsirləndirilən şəxsi ədavət zəminində həkimin həyatına qəsd etmək istəyib.

Prokurorluqdan aparılan istintaq tədbirləri hələ tam başa çatmadığından hadisənin motivləri barədə əlavə açıqlama verilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 19 saylı xəstəxanada baş verən partlayış nəticəsində cərrah Rəvayət Qüdrət oğlu Mütəllimov və otaqda olan tibb bacısı Reyhan Pirquliyeva ağır xəsarət alıblar. Yaralıların üzərində cərrahiyyə əməliyyatı aparılıb, cərrah həkim sağ əlini və sağ gözünü itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR