Bank Of Baku

Bakıda sərnişin avtobusu yanıb

Bakıda sərnişin avtobusu yanıb
# 28 noyabr 2008 12:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında sərnişin mikroavtobusu yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14:30 radələrində Teymur Əliyev küçəsində, Ayna Sultanova heykəlinin yanında baş verib. Küçə ilə hərəkət edən, 10 LF 697 dövlət nömrə nişanlı, 27 saylı marşrut mikroavtobusu qəfil yanmağa başlayıb. Hadisə yerinə gələn yanğınsöndürən briqadası yanğının qarşısını ala bilib. Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus yarasız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR