Bank Of Baku

Baş Prokurorluqda Kollegiya iclası keçirilib

Baş Prokurorluqda Kollegiya iclası keçirilib
# 28 noyabr 2008 17:14 (UTC +04:00)
Bakı-APA. Bu gün Baş Prokurorluqda Kollegiya iclası keçirilib. APA-nın xəbərinə görə, Kollegiya iclası prezidenti İlham Əliyevin xidməti fəaliyyətlərində fərqləndiklərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması və prezidentin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunub. İclasda çıxış edən baş prokuror Zakir Qaralov prokurorluq əməkdaşlarının bir qrupunun yüksək dövlət mükafatlarına layiq görülməsini Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində göstərilən yüksək inamın ifadəsi olduğunu bildirib. İclasda qeyd olunub ki, prokurorluğun peşə bayramı günü və 90 illik yubileyi ərəfəsində ölkə başçısı tərəfindən prokurorluq orqanlarının bir qrup əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaradır.

Baş prokurorun birinci müavini Rüstəm Usubov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Səbayel rayon prokuroru Şirxan Adıgözəlov iclasda çıxış ediblər.

Z. Qaralov deyib ki, Azərbaycan Prokurorluğunun 90 illik yubileyi ərəfəsində ölkə başçısı İlham Əliyevin bu il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluğun tarixində yeni təkmilləşmə və inkişaf dövrünün əsasını qoyub.

Baş prokurorun müavini Namiq Əsgərov Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran təxirəsalınmaz vəzifələr, habelə tədbirlər planı layihəsi barədə kollegiya iştirakçılarına məlumat verib.

İclasda “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Tədbirlər Planı müzakirə edilərək təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR