Bank Of Baku

“Azərpoçt”un Ağdaş rayon şöbəsinin baş mühasibi həbs edilib

“Azərpoçt”un Ağdaş rayon şöbəsinin  baş mühasibi həbs edilib
# 29 noyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. “Azərpoçt” Dövlət Müəssisəsinin Ağdaş rayon şöbəsinin baş mühasibi həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdaş rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərpoçt Dövlət Müəssisəsinin rayon şöbəsinin baş mühasibi Əzər Mustafayev müəssisədən 13 500 manatı oğurlamağa cəhd göstərdiyi üçün həbs edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR