Bank Of Baku

Sumqayıtda vətəndaşların külli miqdarda vəsaitini mənimsəyərək Azərbaycandan qaçmaq istəyən şəxs hava limanında həbs olunub

Sumqayıtda vətəndaşların külli miqdarda vəsaitini mənimsəyərək Azərbaycandan qaçmaq istəyən şəxs hava limanında həbs olunub
# 16 dekabr 2008 10:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Axtarışda olan Naxçıvan sakini Azərbaycanı tərk etmək istəyərkən hava limanında həbs edilib.

Sumqayıt şəhər Polis İdarəsindən (ŞPİ) APA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının vətəndaşı, 1963-cü il təvəllüdlü Niyazi İsmayıl oğlu Mustafayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun xeyli müddət əvvəl Sumqayıt şəhərində vətəndaşların etibarını qazanaraq külli miqdarda pul mənimsədiyi bildirilir. Ötən il barəsində axtarış elan olunmuş N. Mustafayev Binə hava limanında Azərbaycanı tərk etmək istəyərkən Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR