Bank Of Baku

Avtomaşının elektrovoza vurulması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Avtomaşının elektrovoza vurulması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb
# 16 dekabr 2008 11:13 (UTC +04:00)
Bakı-APA. Dübəndi-Zirə mənzilinin 13-cü kilometrliyində qəza hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 15-də saat 07.40 radələrində Dübəndi-Zirə mənzilinin 13-cü km-də, qorunmayan keçiddə Suraxanı qəsəbə sakini Vaqif Məmmədrzayev "PAZ" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurub. Nəticədə V. Məmmədovun sərnişinlərindən Bakı şəhər sakini Əziz Ağasiyev hadisə yerində dünyasını dəyişib. Xəsarət alan Binə qəsəbə sakini Oqtay Bəşirov, Yeni Günəşli qəsəbə sakini Şövgət Rüstəmov və Masallı rayon sakini Famil Orucov isə xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR