Bank Of Baku

Hacıqabulda yanğın zamanı 4 aylıq uşaq xəsarət alıb

Hacıqabulda yanğın zamanı 4 aylıq uşaq xəsarət alıb
# 16 dekabr 2008 11:19 (UTC +04:00)
Bakı-APA. Hacıqabul rayonunda yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Rəncbər kənd sakini Eynulla Əliyevə məxsus evdə baş verən yanğın nəticəsində bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarəti alan E. Əliyevin 4 aylıq oğlu Murad isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR