Bank Of Baku

Qubada baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Qubada baş verən yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb
# 16 dekabr 2008 13:20 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva – APA. Bu gün Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində 3 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, Qubadan Xaçmaz istiqamətində hərəkət edən “QAZel” markalı mikroavtobus qarşı tərəfdən gələn “Jiquli” VAZ 21-011 markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində VAZ 21-011 markalı avtomobildə olan sürücü 67 yaşlı Əsəd Əsgərov, sərnişinlər 58 yaşlı Mayıl Hacıyev və 37 yaşlı Vəli Xalıqov aldıqları xəsarətlərdən hadisə yerindəcə həlak olub. Həlak olanların hər üçü Quba rayonu Zərdabi qəsəbəsi sakinləridir. “QAZel”in sürücüsü yüngül bədən xəsarəti ilə, VAZ 21-011-də olan digər sərnişin 35 yaşlı İsfəndiyari Bəhmən isə ağır yaralı vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə yol buzla örtüldüyündən avtomobillərin hərəkəti çox təhlükəli olub. Hadisə yerində tədqiqat aparan Quba rayon Polis Şöbəsinin əməkdaşları da ilkin ehtimal kimi qəzanın səbəbini çətin yol şəraitində avtomobillərin ehtiyatsız idarə edilməsi ilə əlaqələndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR