Bank Of Baku

Moskvada həmyerlisini qətlə yetirən Azərbaycan vətəndaşı həbs olunub

Moskvada həmyerlisini qətlə yetirən Azərbaycan vətəndaşı həbs olunub
# 16 dekabr 2008 13:51 (UTC +04:00)
Moskva-APA. Moskvada həmyerlisinin qətlə yetirməkdə şübhəli bilinən Allahverdiyev soyadlı 50 yaşlı Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. APA-nın məlumatına görə, saxlanan şəxs meyiti dekabrın əvvəllərində Ozernaya küçəsində aşkarlanan 38 yaşlı Bayramovu qətlə yetirməkdə şübhəli bilinir. İlkin ehtimallara görə, Bayramov öz həmyerlisindən külli miqdarda borc pul alaraq qaytarmayıb. İstintaqın versiyasına görə, Allahverdiyev pulunu geri almaq üçün Bayramovu görüşə çağırıb və mübahisə zəminində ona bıçaqla çoxsaylı zərbələr endirib. Saxlanan şəxslə bağlı qətl maddəsi ilə cinayət işi başlanıb, araşdırma gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR