Bank Of Baku

Əli İnsanov ölməsi barədə mətbuatda yazılanları özünə qarşı təxribat hesab edir

Əli İnsanov ölməsi barədə mətbuatda yazılanları özünə qarşı təxribat hesab edir
# 16 dekabr 2008 13:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb. E. Behbudov APA-ya bildirib ki, Ə. İnsanov mətbuatda onun ölməsi barədə yazılan materiallara etiraz edib və bunu özünə qarşı təxribat hesab etdiyini deyib. E. Behbudov keçmiş nazirin müalicəsinin yaxşı getdiyini də deyib: “Əli İnsanovun onurğa sütununda yırtıq var. Qış aylarında bu xəstəlik onu narahat etdiyindən müalicə olunur”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Ə. İnsanov Azərbaycanda cərrahiyyə əməliyyatı olunmaq istəmədiyini də söyləyib: “Əli İnsanov xaricdə əməliyyat olunmaq istəyir. Hələlik isə buna imkan olmadığından Müalicə Müəssisəsində müalicə alır. Sabiq nazir həm də hesab edir ki, Azərbaycanda bunu mükəmməl bacara bilən cərrah yoxdur, bu səbəbdən də sadəcə ağrıların qarşısının alınmasını istəyir”. E. Behbudov müalicə prosesinə kənardan əlavə həkim personalının cəlb olunmadığını da qeyd edib.

Qeyd edək ki, İnsan Haqları üzrə Avropa Məhkəməsi sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarı Azərbaycan hökuməti tərəfindən dekabrın 12-də icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR