Bank Of Baku

Ruslan Bəşirli əfv olunsa, Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürəcək

Ruslan Bəşirli əfv olunsa, Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürəcək
# 16 dekabr 2008 14:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli ilə görüşüb. E. Behbudov APA-ya bildirib ki, R. Bəşirli saxlanma şəraitindən narazı deyil və həbsdən azad olunması üçün prezidentə müraciət olunmasını istəyir: “Ruslan Bəşirli məndən xahiş edib ki, əfv olunması ilə bağlı prezident İlham Əliyevə müraciət edim. Ruslan Bəşirli dedi ki, əfv olunarsa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə etdiyi şikayəti geri götürməyə hazırdır”. E. Behbudov dekabrın 17-də R. Bəşirlinin əfv olunması ilə bağlı ölkə başçısına müraciət edəcəyini də söyləyib.

E. Behbudov bu gün 6 saylı cəzaçəkmə müəssisəsində vəkil İsaxan Aşurovun müraciəti əsasında məhbus Dadaşov Cabir Qubad oğlu ilə də görüşdüyünü bildirib. E. Behbudovun sözlərinə görə, C. Dadaşov həbsxanada olarkən 2 dəfə infarkt keçirib, 1 dəfə isə ürəyindən cərrahiyyə əməliyyatı olunub: “Cabir Dadaşov özünü təqsirli bilmir. Onun vəziyyəti isə Cəzaçəkmə Müəssisəsində saxlanmasına imkan vermir. Bu səbəbdən Cinayət Məcəlləsinin həmin şəxsin azadlığa buraxılması məqsədəuyğundur”.

Hüquq müdafiəçisi C. Dadaşovun əfv olunması ilə bağlı da prezidentə müraciət edəcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR