Bank Of Baku

Polis rəisinin müavini: ““Əbu Bəkr” məscidinin fəaliyyəti dayandırılmayıb”

Polis rəisinin müavini: ““Əbu Bəkr” məscidinin fəaliyyəti dayandırılmayıb”
# 16 dekabr 2008 14:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bu gün Nərimanov rayon Məhkəməsində “Nərimanov rayon dindarları” Dini İcmasının Nərimanov rayon Polis İdarəsinə qarşı qaldırdığı iddia əsasında növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov çıxış edərək “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılmadığını bildirib. O, həmçinin orada baş vermiş terror hadisəsi ilə əlaqədar aparılan istintaq tədbirlərinin hələ başa çatmamasını əsas gətirərək məscidin fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulduğunu bildirib. Məscidə giriş-çıxışa qoyulan məhdudiyyətlərlə bağlı müvafiq məxfi əmrin olduğunu söyləyən rəis müavini onu məhkəməyə təqdim etməkdən imtina edib.
Daha sonra prosesdə çıxış edən dini icmanın nümayəndəsi Elxan Əsədov isə bununla razılaşmayıb. Cavabdeh tərəf həmçinin məhkəmədən “Əbu Bəkr” məscidinin yerləşdiyi ərazidə yaşayan vətəndaşların prosesdə şahid qismində ifadə verməsini xahiş edib. Məhkəmənin sədri T. Hüseynov isə bunun məhkəmə işinə aidiyyətinin olmadığını əsas gətirərək Polis İdarəsinin xahişini qəbul etməyib.
Prosesi dekabrın 23-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR