Bank Of Baku

“Əbu Bəkr” məscidində baş vermiş terrorla əlaqədar istintaq dekabrın sonunadək yekunlaşacaq

“Əbu Bəkr” məscidində baş vermiş terrorla əlaqədar istintaq dekabrın sonunadək yekunlaşacaq
# 16 dekabr 2008 15:20 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu ilin avqustunda “Əbu Bəkr” məscidində baş vermiş terror hadisəsi ilə əlaqədar aparılan istintaq dekabrın sonunadək yekunlaşacaq. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov məlumat verib.

Ə. İsmayılov Nərimanov rayon Polis İdarəsinin “Əbu Bəkr” məscidinin açılmasının əleyhinə olmadığını bildirib: “Sadəcə, orada baş vermiş cinayət hadisəsi ilə əlaqədar aparılan istintaq yekunlaşmamış məscidin fəaliyyətinin bərpası mümkün deyil”.

Rəis müavini məscidin yalnız istintaq başa çatdıqdan sonra fəaliyyətinin bərpa edilə biləcəyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR