Bank Of Baku

Hüquq müdafiəçisi polis idarəsinin fəaliyyəti ilə bağlı nazirə müraciət edəcək

Hüquq müdafiəçisi polis idarəsinin fəaliyyəti ilə bağlı nazirə müraciət edəcək
# 16 dekabr 2008 16:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Nizami rayon Polis İdarəsinin fəaliyyəti ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcək. Bu barədə APA-ya Elçin Behbudov özü bildirib. Hüquq müdafiəçisi deyib ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə Nizami rayon Polis İdarəsində, o cümlədən 24-cü Polis Bölməsində işgəncə faktları ilə bağlı şikayətlər daxil olub: “Bu gün saat 17.00-da Polis İdarəsinin rəisi İsmayıl Əsədovla birgə həmin bölmədə tərəfimizdən monitorinq aparılması haqda razılığa gəlinmişdi. Lakin İsmayıl Əsədov qeyd olunan vaxt nə telefona cavab verdi, nə də iş yerində tapıldı”.
E. Behbudov bununla bağlı təəssüfləndiyini, bu halı özünə qarşı saymamazlıq kimi dəyərləndirdiyini söyləyib: “Sabah daxili işlər nazirinə İsmayıl Əsədovla bağlı müraciət edəcəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR