Bank Of Baku

İlhamə Quliyevanın Sərxan Kərəmoğluna qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb

İlhamə Quliyevanın Sərxan Kərəmoğluna qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi təxirə salınıb
# 16 dekabr 2008 16:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti İlhamə Quliyevanın Sərxan Kərəmoğluna qarşı qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsində bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. İ. Quliyevanın mətbuat katibi Faiq Ələkbərli APA-ya bildirib ki, məhkəmə prosesində nə S. Kərəmoğlu, nə də onun vəkili İlhamə Həsənova iştirak edib. Məhkəmə prosesi dekabrın 26-na təxirə salınıb.
Xatırladaq ki, S. Kərəmoğlu İ. Quliyevadan ona dəyən maddi və mənəvi ziyana görə 15 min manat, İ.Quliyeva isə S.Kərəmoğlundan 50 min manat maddi ziyana, 30 min manat isə mənəvi ziyana görə təzminat ödənməsini tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR