Bank Of Baku

Mingəçevirdə “Cəmiyyət dəstəkli polis layihəsi” çərçivəsində tədbir keçirilib

Mingəçevirdə “Cəmiyyət dəstəkli polis layihəsi” çərçivəsində tədbir keçirilib
# 16 dekabr 2008 16:57 (UTC +04:00)
Mingəçevir. Şahnəzər Bəşirov-APA. Bu gün Mingəçevir şəhərinin Polis Şöbəsində ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə “Cəmiyyət dəstəkli polis layihəsi” çərçivəsində tədbir keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə ATƏT-in Bakı Ofisinin nümayəndələri, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Bağır Bağırov, 10 rayonun polis rəisi iştirak edib. Mingəçevir şəhərinin polis rəisi Ələsgər Bədəlov deyib ki, bu layihənin həyata keçirilməyə başlandığı 2006-cı ilin iyul ayından indiyə kimi şəhərdə cinayətkarlıqla mübarizədə yüksək nəticələr əldə olunub, ictimaiyyətlə polis arasında sıx əlaqələr qurulub.
Tədbirdə layihə ilə bağlı Mingəçevirdə həyata keçirilən tədbirlərin uğurlu nəticə verdiyi qeyd olunub. Bildirilib ki, gələn il adı çəkilən layihə Mingəçevirlə yanaşı, 9 rayonda da həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR