Bank Of Baku

Lənkəranda binanın dam örtüyü çöküb, 7 ailə evakuasiya olunub

Lənkəranda binanın dam örtüyü çöküb, 7 ailə evakuasiya olunub
# 16 dekabr 2008 17:55 (UTC +04:00)
APA-nın cənub bürosunun xəbərinə görə, Lənkəran şəhərinin S. Bayramov küçəsi, ev 11 ünvanındakı ikimərtəbəli yaşayış binasının dam örtüyünün çökməsi nəticəsində ölən və yaralanan olmayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, rayon icra strukturlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Binada yaşayan 7 ailə evakuasiya olunub. Onlar müvəqqəti olaraq qohumlarının evində yerləşdiriliblər.

Hələlik hadisənin səbəbləri barədə heç bir rəsmi açıqlama verilmir. Dam örtüyünün çökməsinə ilkin ehtimal kimi dünən gecədən etibarən aramsız yağan qarın səbəb olduğu bildirilir.

Qeyd edək ki, dam örtüyü çökən binanın 30 ildən artıq yaşı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR