Bank Of Baku

Bakı sakini qarət edilib

Bakı sakini qarət edilib
# 17 dekabr 2008 07:32 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sabunçu rayon sakini döyülərək qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Zabrat qəsəbə sakini, 1967-ci il təvəllüdlü Hüseynov Xaləddin Fəxrəddin oğlunu naməlum şəxs döyərək cibində olan 160 manat pulunu və mobil telefonu olan gödəkçəsini əynindən çıxarıb hadisə yerindən qaçıb. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən 1985-ci il təvəllüdlü Bağırov Rafiq İnqilab oğlu həbs edilib. O, ilkin dindirilmə zamanı əməlini etiraf edib və bunu tamah məqsədi ilə törətdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR