Bank Of Baku

Bakıda saxta ABŞ dollarından istifadə edən şəxs həbs edilib

Bakıda saxta ABŞ dollarından istifadə edən şəxs həbs edilib
# 17 dekabr 2008 07:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında saxta ABŞ dollarından istifadə edən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabr ayının 14-də saat 22.00 radələrində “Şəfa” stadionunun qarşısında naməlum şəxs 1978-ci il təvəllüdlü Ağazədə Rüfət Bəbir oğlunun taksi kimi idarə etdiyi “Fiat” markalı 10 TD 063 dövlət nömrə nişanlı maşınına minərək ondan Bülbülə qəsəbəsinə getməyi xahiş edib. Naməlum şəxs mənzil başına çatarkən üzərində 100 ABŞ dolları həkk olunmuş əskinazı sürücüyə verərək qalıq pulunu tələb edib. Sürücü R. Ağazadə dolların saxta olduğunu bilib geri qaytarıb. Naməlum şəxs R. Ağazadəni əlində tutduğu 65 manatı və öz pulunu alıb hadisə yerindən qaçıb. Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağazadəyə qarşı soyğunçuluq etmiş, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Mehdiyev Taleh Etibar oğlu həbs edilib. Məlum olub ki, o həmin gün M. Mustafayev küçəsində 1993-cü il təvəllüdlü Əhmədov Orxan Vüqar oğluna qarşı da dələduzluq edib. Faktla bağlı təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR