Bank Of Baku

Azərbaycan səfirliyi ölkəmizdə anadan olmuş ABŞ vətəndaşına 66 il sonra doğum şəhadətnaməsi verib

Azərbaycan səfirliyi ölkəmizdə anadan olmuş ABŞ vətəndaşına 66 il sonra  doğum şəhadətnaməsi verib
# 17 dekabr 2008 08:28 (UTC +04:00)
APA-nın ABŞ mətbuatına istinadən yaydığı məlumata görə, Fred Feldman konkret hansı şəhərdə doğulduğunu dəqiqləşdirmək üçün Azərbaycan səfirliyinə müraciət edib: “Bu doğum şəhadətnaməsi yalnız kağız parçasıdır. Lakin mənim valideynlərim üçün Azərbaycan - milyonlarla insanın həlak olduğu II dünya müharibəsində həyatlarını xilas edəcək yer olub. Əgər onlar Azərbaycanda sığınacaq tapmasaydı, bu gün mən də burada olmazdım. Ona görə də bu doğum şəhadətnaməsinin mənim üçün əhəmiyyəti çox böyükdür”.

Qeyd edək ki, Fred Feldmanın valideynləri 1939-cu ildə Polşada faşistlərin təqibindən qaçaraq Azərbaycana gəliblər. Fred Feldman Azərbaycanda dünyaya gəlib. 1949-cu ildə isə Feldmanlar ailəsi ABŞ-ın İndiana ştatına köçüblər. Doğum şəhadətnaməsini Fred Feldmana təqdim edən Əli Qarayev bildirib ki, sənədi bərpa etmək çox çətin olub: “Çünki o dövrdən çox vaxt keçib və Fredin hansı şəhərdə doğulduğu da məlum deyil. Bununla belə səfirlik Fred Feldmanın doğum şəhadətnaməsini taparaq bərpa etmək üçün əlindən gələni əsirgəməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR