Bank Of Baku

Bakıda 68 yaşlı qadın yol qəzasında ölüb

Bakıda 68 yaşlı qadın yol qəzasında ölüb
# 17 dekabr 2008 08:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda naməlum sürücü 68 yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Maştağa qəsəbəsində baş verib. Buzovna qəsəbəsi istiqamətində hərəkət edən naməlum maşın Zabrat sakini, 1940-cı il təvəllüdlü Yaxşıxanım Əhməd qızı Qasımovanı vuraraq hadisə yerindən qaçıb. Y. Qasımova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hazırda polis əməkdaşları hadisəni törədən sürücün tapılması istiqamətində axtarış tədbirləri həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR