Bank Of Baku

Zaqatala rayon Hərbi Komissarının müavininə qarşı xuliqanlıq edən şəxs həbs olunub

Zaqatala rayon Hərbi Komissarının müavininə qarşı xuliqanlıq edən şəxs həbs olunub
# 17 dekabr 2008 10:43 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Zaqatala rayon Hərbi Komissarının müavininə qarşı xuliqanlıq edən şəxs həbs olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə ötən gün Zaqatala rayon Hərbi Komissarlığında baş verib. Cəlilabad rayon Təklə kəndində anadan olan, hazırda Zaqatala rayonunda yaşayan 1959-cu il təvəllüdlü İslamov Əliheydər Böyükxan oğlu sərxoş vəziyyətdə Zaqatala rayon Hərbi Komissarlığına gəlib və orda Zaqatala rayon Hərbi Komissarın müavininə və 3-cü bölmənin rəisinə qarşı xuliqanlıq hərəkəti edərək onlara əl ilə yüngül bədən xəsarəti yetirib. Ə. İslamov Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Baş vermiş xuliqanlıq hadisəsi ilə əlaqədar Ə. İslamov barəsində cinayət işi qaldırılıb və ilkin araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR