Bank Of Baku

Hacıqabuldakı orta məktəb tamamilə yanıb - YENİLƏNİB - FOTOSESSİYA

Hacıqabuldakı orta məktəb tamamilə yanıb - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA </font>
# 17 dekabr 2008 10:55 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, 16 otaqdan ibarət, o, cümlədən 10-u sinif otağı olan məktəb binası tamamilə yanıb. Yanğın təxminən 600 kvadrat metrdən çox sahəni əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Yanğından Mühafizə Xidmətinin rəis müavini Hüseynağa Məmmədov APA-nın əməkdaşına bildirib ki, yanğın baş verəndən bir saat sonra məlumat verildiyindən şəxsi heyət hadisə yerinə alov şiddətləndikdən sonra çatıb. Hazırda yanğın lokallaşdırılıb. İlkin ehtimallara görə, yanğın elektrik enerjisinin qısaqapanmasından baş verib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı Hacıqabul rayon Yanğından Mühafizə Xidmətində təhqiqat aparılır.
Hacıqabul rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, məktəbdə 596 şagird təhsil alır. Hazırda şagirdlərin başqa 3 binada yerləşdirilməsi üçün təxirəsalınmaz tədbirlər görülür. Sabahdan məktəbin bütün şagirdləri 12 otaqdan ibarət 3 binada təhsillərini davam etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR