Bank Of Baku

Həyat yoldaşını və qayınanasını qətlə yetirən keçmiş polis zabitinin məhkəməsi başlayıb

Həyat yoldaşını və qayınanasını qətlə yetirən keçmiş polis zabitinin məhkəməsi başlayıb
# 17 dekabr 2008 11:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş polis zabiti Adilşah Paşayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçən prosesdə məhkəmə baxışı dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, Qubanın Digah kənd sakini, təqaüddə olan polis zabiti Adilşah Paşayev 2008-ci ilin iyunun 12-də həyat yoldaşını və qayınanasını ov tüfəngi ilə qətlə yetirib. İttihamnaməyə görə, A. Paşayevin həyat yoldaşı Mətanət Hacıyeva ərindən öz qohumuna vermək üçün müəyyən məbləğdə pul tələb edib. Onların arasında yaranan münaqişəyə Mətanətin anası Raziyyə Hacıyeva da qarışıb və A. Paşayevi təhqir edib.

A. Paşayev Cinayət Məcəlləsinin 120.2. 4-cü (xüsusi amansızlıqla və təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR