Bank Of Baku

Gəncədə baş verən yol qəzasında ölən və yaralananlar var

Gəncədə baş verən yol qəzasında ölən və yaralananlar var
# 17 dekabr 2008 11:30 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı- APA. Ötən gün axşam saat 19.00 radələrində Gəncə- Şəmkir magistralının 2-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1 nəfər ölüb 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Şahin Sadıqovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, Şəmkir istiqamətinə hərəkət edən 05 BC 509 dövlət nişanlı “VAZ 2103” markalı avtomobil, əks istiqamətə hərəkət edən 35 BD 264 dövlət nömrəli “VAZ 21011” markalı və 20 BF 985 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillər toqquşub. “VAZ 21011” markalı avtomobildə olan sərnişin 1961-ci il təvəllüdlü İlqar Həsən oğlu Musayev hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobillərdə olan sərnişin və sürücülər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta-ağır olduğunu bildiriblər. Gəncə şəhər Polis İdarəsində faktla bağlı cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR