Bank Of Baku

Elçin Behbudov Ruslan Bəşirlinin əfv olunması xahişi ilə prezidentə müraciət edib

Elçin Behbudov Ruslan Bəşirlinin əfv olunması xahişi ilə prezidentə müraciət edib
# 17 dekabr 2008 12:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin əfv olunması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. E. Behbudov APA-ya bildirib ki, bu addımı R. Bəşirlinin xahişi ilə atıb. Onun sözlərinə görə, Prezidentin İcra Aparatına təqdim olunan müraciətdə R. Bəşirlinin əfv edilməsi xahişi öz əksini tapıb.
E. Behbudov Nizami rayon Polis İdarəsinin fəaliyyəti ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etdiyini də deyib. Hüquq müdafiəçisi bildirib ki, müraciət rayonun 24-cü Polis Bölməsində işgəncə faktları ilə əlaqədar komitəyə edilən çoxsaylı müraciətlərlə bağlıdır. Hüquq müdafiəçisi deyib ki, müraciətdə Nizami rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovla bağlı da tədbir görülməsi istənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR