Bank Of Baku

Yaxın qohumlarını qətlə yetirməkdə təqsirləndirilən müəllimin səhhəti ilə bağlı qaldırılan vəsatət təmin edilib

Yaxın qohumlarını qətlə yetirməkdə təqsirləndirilən müəllimin səhhəti ilə bağlı qaldırılan vəsatət təmin edilib
# 17 dekabr 2008 14:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə yaxın qohumlarını qətlə yetirməkdə təqsirləndirilən Zaur Həziyevin məhkəmə iclası keçirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillərin təqsirləndirilən Z. Həziyevin səhhəti ilə bağlı ötən iclasda qaldırdıqları vəsatətə baxılıb. Müdafiə tərəfinin vəsatəti təmin edilib. Məhkəmə Z. Həziyevin səhhətində yaranan problemə aydınlıq gətirilməsi üçün ekspert rəyinin zəruriliyi ilə bağlı qərar verib. Hakim deyib ki, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinin rəyindən sonra məhkəmənin vaxtı müəyyənləşdirilməlidir. Məhkəmənin qərarı ilə proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, Füzuli rayon Kürdmahmudlu kəndinin sakini, tarix müəllimi Zaur Həziyev 2006-cı ilin avqustun 15-də ailə münaqişəsi zəminində Beyləqan sakinləri - qayınatası Cavanşir Zeynalovu, qayını Fədai Zeynalovu qətlə yetirib, baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Zeynalova, Aygün Mirzəyeva və Xətai Mirzəyevə isə ağır bədən xəsarətləri yetirib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29.120.2-ci (qəsdən adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR