Bank Of Baku

Azərbaycan Ordusunun keçmiş zabitinin və digər 19 nəfərin məhkəməsinin açıq keçirilməsinə qərar verilib

Azərbaycan Ordusunun keçmiş zabitinin və digər 19 nəfərin məhkəməsinin açıq keçirilməsinə qərar verilib
# 17 dekabr 2008 14:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Samir Mehrəliyev, Edqar Əliyev və Yaşar Məhərrəmov sərbəst ifadə veriblər. Müttəhimlərin hər üçü özlərini qismən təqsirli biliblər. İclasda təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəmənin açıq aparılması ilə bağlı vəsatət qaldırıb və vəsatət təmin edilib. Proses dekabrın 18-də davam etdiriləcək.
Xatırladaq ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR