Bank Of Baku

Sərxan Kərəmoğlu ilə İlhamə Quliyevanın məhkəməsi baş tutmayıb

Sərxan Kərəmoğlu ilə İlhamə Quliyevanın məhkəməsi baş tutmayıb
# 17 dekabr 2008 16:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yasamal rayon Məhkəməsində Sərxan Kərəmoğlunun (Quliyev) xalq artisti İlhamə Quliyevaya qarşı qaldırdığı maddi və mənəvi ziyanın ödənilməsi, eyni zamanda İlhamə Quliyevanın ona qarşı qaldırdığı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia üzrə bu günə təyin olunan proses baş tutmayıb. APA-nın məlumatına görə, S. Kərəmoğlu və İ. Həsənova prosesdə iştirak etməyəcəkləri barədə məhkəməyə teleqram göndəriblər. İlhamə Quliyevanın səlahiyyətli nümayəndələri və hüquqlarını müdafiə edən vəkil Şəfiqə Nağıyeva isə məhkəməyə gəliblər. İ. Quliyevanın mətbuat katibi Faiq Ələkbərlinin APA-ya verdiyi məlumata görə, qarşı tərəf məhkəməyə göndərdiyi ərizədə Sərxan Quliyevin bu gün Türkiyədə olduğu göstərilib: “Ancaq bu gün saat 13.00-da Sərxan Quliyev mətbuat konfransı keçirdi. Özü belə gəlməsə, bu prosesdə onun hüquqlarını müdafiə edən İlhamə Həsənova iştirak etməli idi. Qarşı tərəf bu addımı ilə məhkəmə prosesini uzadır. Əgər növbəti məhkəmə prosesində də qarşıtərəf iştirak etməsə işi aparan hakim Abbas Rzayev tərəfindən ölçü götürüləcək”.
F. Ələkbərli bildirib ki, hər iki iddia əsasında növbəti məhkəmə prosesi 2009-cu ilin yanvarın 6-na təyin edilib. O qeyd edib ki, həmin məhkəmə prosesində şərəf və layəqətin təhqir olunduğu ifadələrə rəy vermək üçün mütəxəssis də iştirak edəcək: “Əgər mütəxəssiz rəyi dəqiq və obyektiv olmasa, həmin ifadələr araşdırlması üçün ekspertizaya göndəriləcək”.
Xatırladaq ki, S. Kərəmoğlu İ. Quliyevadan ona dəyən maddi və mənəvi ziyana görə 15 min manat, İ.Quliyeva isə S. Kərəmoğlundan 50 min manat maddi ziyana, 30 min manat isə mənəvi ziyana görə təzminat ödənməsini tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR